“Qalatasaray” Türkiyə Super Liqasında 86 xalla birinci sıradadır.
Futbolpress.az xəbər verir ki, “cim-bom” sona üç tur qalmış ən yaxın izləyicisi “Fənərbağça”nı 8 xal qabaqlayır. İstanbul təmsilçisi növbəti turda bir xal qazansa, 25-ci çempionluğunu elan edəcək.
Beləliklə ulduzlarının sayı artan “Qalatasaray” Türkiyə tarixində 5-ci ulduzu qazanan ilk komanda olacaq.