EN

Avrokuboklara vəsiqə qazanan komandadan SÜRPRİZ TRANSFER! - SON DƏQİQƏ

Premyer Liqanın gümüş medallarını qazanan «Zirə» yeni mövsüm üçün ilk transfer çalışmasını sona çatdırıb. Avrokuboklarda iştirak edəcək «qartallar» Brahim Konate ilə anlaşıb. Bu mövsüm «Şamaxı»nın formasını geyinən fransalı legioner qəsəbə təmsilçisinin təklifini «Neftçi»dən üstün tutub. Çünki 29 yaşlı yarımmüdafiəçi avrokuboklarda iştirak etmək niyyətindədir.
Konatenin «şirlər»in heyətində keçirdiyi debüt mövsümündə 9 qol vurmasını xatırladaq. O, 1 dəfə ölkə kubokunda fərqlənibsə, digər qolları Premyer Liqada vurub.
SPORTİNFO.AZ

Chosen
0
sportinfo.az

1Sources