Türkiyə 1-ci liqasında cari mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.


Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Boluspor” səfərdə “Adanaspor”la qarşılaşıb və 7:0 hesablı qələbəyə sevinib. Vüsal 90 dəqiqə oynadığı bu oyunda həm sarı vərəqə alıb (19), həm də assistlə (36) yadda qalıb.


Coşqun Diniyevli “Çorum” isə səfərdə “İstanbulspor”a 0:3 hesabıyla uduzub. Millimizin üzvü ilk hissədən sonra əvəzlənib.


Beləliklə, “Çorum” mövsümü 54 xalla 10-cu pillədə başa vurub. “Boluspor” isə 61 xalla 7-ci yeri tutub və Super Liqaya vəsiqə uğrunda mübarizə aparacaq. Bu komandanı qarşıda “İstanbulspor”la pley-off görüşü gözləyir.