EN

Kəngərli kəndində 484 şagird yeni məktəbdə təhsil ala biləcək

Ağdam. Trend:

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbitəcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturuda tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyatakeçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir,innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusidiqqət göstərilir. Mayın 10-da Prezident İlham Əliyevin iştirakıilə açılışı olan Ağdam rayon Kəngərli tam orta məktəbi bunun dahabir nümunəsidir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi Trend-in bölgəmüxbirinə bildirib ki, 30 sinif otağı olan 484 şagird yerlikməktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımişərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika,çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idmanzalları, yeməkxana mövcuddur.

Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bumeydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisidə istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələriyaradılıb, yaşıllıqlar salınıb.
Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının,o cümlədən məktəb binasının damında da Günəş panelləriquraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyaclarıtəmin ediləcək.

Kəngərli
Kəngərli
Kəngərli
Chosen
0
39
az.trend.az

10Sources