EN

Ağdama həyat qayıdır – Kəngərli kəndinə birinci mərhələdə 292 ailə köçürüləcək (FOTO)

Ağdam. Trend:

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraqxarabalığa çevrilmiş Qarabağ özünün yeni dövrünə qədəm qoyub.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə AzərbaycanOrdusunun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsindəazadlığına qovuşmuş digər ərazilər kimi, Ağdam rayonuna da həyatyenidən qayıdır. Rayon mərkəzində və kəndlərdə genişmiqyaslıtikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələriicra olunur.
Ağdam rayonunda tikintisi həyata keçirilən yaşayış məntəqələrindənbiri də Kəngərli kəndidir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi Trend-in bölgə müxbirinəbildirib ki, şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bukəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevqoyub.

Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilənümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə632 fərdi evin inşası nəzərdə tutulub.

Birinci mərhələ üzrə Kəngərli kəndinə 1279 nəfərin köçürülməsiplanlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dördvə beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərəalınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektartorpaq sahəsi ayrılıb.

Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şəraityaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlımüxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, suxətləri çəkilib, qaz təchizatı təmin olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birincimərhələsinin açılışında iştirak edib.

Ağdama
Ağdama
Ağdama
Ağdama
Ağdama
Ağdama
Ağdama
Ağdama
Ağdama
Məqalədə:
Chosen
0
7
az.trend.az

10Sources