Türkiyə Superliqasının 35-ci turunun “İstanbul Başakşehir” klubu ilə oyunundan (4:1) sonra keçirilən mətbuat konfransında “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo futbolçuların tez-tez rotasiyası fonunda komandanın start heyətini seçmək üsulu ilə bağlı sualı zarafatla cavablandırıb.
Publika.az xəbər verir ki, Mourinyonun sözlərini “Daily Mail” sitat gətirib.
“Mənim 25 qəpikliyim var, onu havaya atıram ( qəpik atırmış kimi jest edir). Stolda qalanları meydana buraxıram. Yerə düşənləri ehtiyatda saxlayıram.
Mən belə edirəm. Həftə ərzində əylənirəm. Hər gün İstanbulda, hər yerdə gecə klublarına baş çəkirəm. Heyəti seçmək vaxtı gələndə isə oyunçuların üzləri olan sikkələr atıram.