Mayın 10-u saat 22:00 radələrində Balakəndə fərdi yaşayış evlərindən birində kişi meyiti aşkarlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, meyitin tüfeyli həyat tərzi keçirən Mamontov Leonid Vladimiroviçə aid olduğu müəyyən edilib.
Qeyd edək ki, o, Balakən rayonu Mahamalar kəndi ərazisindəki evində tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.