EN

Sovet kosmik gəmisi yerə çırpıldı: “Dünya rahat nəfəs aldı”


52 il orbitdə qaldıqdan sonra sovet kosmik gəmisi "Kosmos 482" atmosferdən keçərək Hind okeanına düşdü.Hansı ki, Türkiyə də daxil olmaqla bir çox ölkə mümkün eniş trayektoriyasında idi. Kosmik gəminin okeana düşməsiylə bütün dünyarahat nəfəs aldı. 1972-ci ildə Veneraya göndərilmək üçün buraxılan, lakin Yer orbitində ilişib qalan Sovet istehsalı olan Kosmos 482 peyki çoxdan gözlənilən enişini həyata keçirdi. NASAtərəfindən izlənilən kosmik gəmi atmosferdə yanaraq Hind okeanına düşüb. Kosmos 482-nin düşmə yolu uzun müddət qeyri-müəyyən qalsa da, kosmik gəmi Türkiyə, Misir, Suriya və Azərbaycan kimi ölkələri potensial risk altında qoymuşdu. Artıq təhlükə arxada qalıb. Düşmüş dağıntıları araşdırmaq üçün əraziyə kəşfiyyat qruplarının göndəriləcəyi gözlənilir.

Surxay Əliyev

Chosen
0
baki-xeber.com

1Sources