EN

Almaniyada psixiatriya xəstəxanasında üsyan

Almaniyada

Almaniyanın Bedburq-Hau şəhərində yerləşən məhkəmə-psixiatriya xəstəxanasında üsyan baş verib. Bu barədə Bild nəşri məlumat yayıb. Gücləndirilmiş mühafizədə saxlanılan beşədək pasiyent binanı barrikada quraraq yandırıblar. Hadisə yerinə xüsusi təyinatlı dəstələr cəlb olunub.Hüquq-mühafizə orqanlarının məlumatına görə, üsyan edənlər arasında xüsusilə təhlükəli cinayətkarlar ola bilər. Eyni zamanda, onların girov götürməsindən ehtiyat edilir. Vəziyyət hələ də gərgin olaraq qalır.Məlumata əsasən, üsyana şənbə günü – 10 may tarixində səhər saatlarında 27 yaşlı bir pasiyentin nəzarəti itirməsi səbəb olub. Qısa müddət sonra digər xəstələr də ona qoşulublar.Üsyanın başçısının sərxoş vəziyyətdə və olduqca aqressiv olduğu bildirilib. O, sərt qorunan zonada spirtli içkini necə əldə etdiyi isə açıqlanmayıb.Sonradan məlum olub ki, üsyançılar polisə təslim olublar. Dəqiqləşdirilmiş məlumata görə, onların girovları olmayıb.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Polis Akademiyasının kursantları fləşmob keçirib

Polis Akademiyasında Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

Azərbaycan Hindistan və Pakistan arasında elan edilmiş atəşkəsi alqışladı // Statement on the Ceasefire reached between India and Pakistan

Chosen
0
ulusum.az

1Sources