EN

Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı 11 may saat 12:00-a qədər bütün aviareyslər üçün bağlı qalacaq.
 
 Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi açıqlama yayıb.
 
Əvvəlcə hava məkanının 3:15-dən 12:00-a qədər bağlanacağı bildirilmişdi.
 
Lakin müddətin başa çatmasına az qalmış, hakimiyyət yeni bəyanat yayaraq məhdudiyyətin uzadıldığını elan edib.
 
Qərarın qəbul olunmasına səbəb kimi təhlükəsizlik sahəsində mövcud vəziyyət göstərilir.
 
Chosen
0
7
moderator.az

10Sources