EN

Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı, "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edir

BAKI, 11 may. TELEQRAF

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Kəpəz" Tovuz şəhər stadionunda "Sumqayıt"ı qəbul edəcək.

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə edəcəyi görüş saat 18:00-da start götürəcək.

İki komanda arasında son 3 qarşılaşmada "gənclik şəhəri" təmsilçisi top buraxmayıb. Gəncə klubu isə son 4 matçda qalib gələ bilməyib.

Vaqif Cavadovun baş məşqçisi olduğu kollektiv 30 xalla 8-cidir. Azər Bağırovun komandası isə 1 xal az toplayaraq 9-cu sırada qərarlaşıb.

Turun son qarşılaşmasında "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək.

"Azərsun Arena"da təşkil olunacaq oyun FIFA referisi Əliyar Ağayevə tapşırılıb. Matç saat 20:00-da başlayacaq.

“Köhlən atlar” Naxçıvan təmsilçisi ilə bütün oyunlarda qol vurub. “Qurdlar” isə son 3 matçda xal qazanmayıb.

Çempionluğu təmin edən Qurban Qurbanovun kollektivinin 80 xalı var. Elmar Baxşıyevin komandası 55 xalla üçüncüdür.

Azərbaycan Premyer Liqası, XXXIV tur
11 may (bazar)

18:00. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
“Azersun Arena”.

Qeyd edək ki, XXXIV turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Turan Tovuz"u 2:1, "Zirə" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Yalnız "Sabah" evdə "Şamaxı"dan güclü olub - 3:1.

Chosen
0
9
teleqraf.com

9Sources