BAKI. 11 may. TELEQRAF
ABŞ-nin İsraildəki səfiri Mayk HakabiVaşinqton İsrailin hücumu altında olan Qəzza zolağındakı fələstinlilərin məcburi köçürülməsini dəstəklədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Kanal 12"yə açıqlamasında bildirib.
Səfir həmçinin qeyd edib ki, Vaşinqton administrasiyasının Qəzza zolağına hücumdan sonrakı mərhələ üçün hələ ətraflı planı yoxdur.
“ABŞ Qəzzanı tərk etmək istəyənlərə icazə verilməsi ideyasını dəstəkləyir” - Hakabi Qəzzanın yenidən qurulmasının Ərəb Körfəzi ölkələrinin iştirakı ilə həyata keçiriləcəyini deyib.
O, məhbus mübadiləsi və atəşkəs razılaşmasının gecikdirilməsində HƏMAS-ı günahlandırıb.