EN

"Çelsi" Rafael Leao üçün danışıqlara başlayıb

Bakı. Trend:

"Milan"ın ulduz futbolçusu Rafael Leao karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.

Trend-in CaughtOffside nəşrinə istinadla verdiyi məlumata görə, "Çelsi"portuqaliyalı hücumçunu transfer etmək niyyətindədir və artıq"Milan"la ilkin danışıqlara start verib.

London klubu 25 yaşlı vingerin heyətinə qatılmasına ciddi maraqgöstərir. İtaliya təmsilçisi isə Leaonu satmaq üçün 70 milyon avrotələb edir.

Xatırladaq ki, Rafael Leao 2019-cu ilin avqustunda Fransanın"Lill" klubundan "Milan"a transfer olunub. Portuqaliya millisininüzvü bu mövsüm A Seriyasında və digər turnirlərdə "Milan"ınheyətində 48 rəsmi matçda iştirak edib, 12 qol vurub və 13məhsuldar ötürmə edib.

Chosen
0
az.trend.az

1Sources