EN

Bu gün 20 mindən çox bakalavrın magistraturaya II cəhd qəbul imtahanı verməsi gözlənilir

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ali təhsilmüəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı (II cəhd)keçirir.

DİM-dən Trend-əbildirilib ki, imtahan vermək üçün 20 min 549 bakalavr ərizə təqdimedib. Onlardan 19 min 59 nəfəri Azərbaycan bölməsi, 1490 nəfəri rusbölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12 min 743-ü cariilin, 7806-sı isə əvvəlki illərin məzunlarıdır, 51 nəfər xariciölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 59, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 5,Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq.Bakıda 15 min 38, Naxçıvanda 567, Gəncədə 1255, Sumqayıtda 1532,Abşeronda 1060, Mingəçevirdə 705, Lənkəranda 392 bakalavrın imtahanverəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 82 ümumi rəhbər,232 imtahan rəhbəri, 1872 nəzarətçi, 273 buraxılış rejimi əməkdaşı(mühafizə) cəlb olunub.

Bu imtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebraliflic, eşitmə əngəlli və digər) 18 bakalavr da iştirak edir.Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarındaxüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faizpozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdinəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların binavə zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundanəlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılannəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt,Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 82binada təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimibaşa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasınaburaxılmayacaqlar.

Magistraturaya qəbul imtahanında bakalavrların xarici dil üzrədinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətnininsəsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıqvə binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanınbaşlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahan 3 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlandığıandan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçünayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisitәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse)vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxtverilir.

İmtahanın nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandansonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıqtipli tapşırıqların nəticələri açıqlanacaq. Yekun imtahan balı isəesse tapşırıqları yoxlanıldıqdan sonra elan ediləcək.

“Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri,elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab,dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çantavə digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlarburaxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başaçatdırılmasına mane olur. DİM iştirakçılardan imtahan binasınaəlavə əşyaları gətirməməyi xahiş edir.

Bakalavrlar imtahana gələrkən aşağıda qeyd olunan sənədlərimütləq gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxudhəmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Chosen
0
49
az.trend.az

10Sources