EN

Putinin elan etdiyi atəşkəs müddəti başa çatıb

Rusiya Prezidenti Vladimir Putinin Qələbənin 80-ci ildönümü günlərində elan etdiyi atəşkəs başa çatıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiyanın Qələbənin 80-ci ildönümü şərəfinə elan etdiyi atəşkəs mayın 11-i Moskva vaxtı ilə saat 00:00-da başa çatıb.


Qeyd edək ki, Putin mayın 8-i Moskva vaxtı ilə saat 00:00-dan mayın 11-i Moskva vaxtı ilə saat 00:00-a qədər atəşkəs edib.

Ukrayna hakimiyyəti isə üç günlük atəşkəsdən imtina edərək 30 günlük atəşkəs tətbiq olunmasını təklif edib.
Chosen
0
2
sherg.az

10Sources