Premyer Liqanın XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.
Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi”nin heyətində Emin Mahmudovla (9) Dembo Darbo (32) fərqlənib. “Turan Tovuz”un qolunu isə 16-cı dəqiqədə Rəhim Sadıxov rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 40-a yüksəldən “Neftçi” 6-cı pillədə qərarlaşıb. 49 xala malik “Turan Tovuz” isə dördüncüdür.