Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb.

Offsideplus.az xəbər verir ki, yarışın birinci günündə Azərbaycan milli komandası 3 medal qazanıb. 

66 lq şəki dərəcəsində yarışan Nazir Talıbov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Babarəhim Mirzəyev (60 kq) gümüş medala yiyələnib. Nəriman Mirzəyev isə 73 kq çəki dərəcəsində isə bürünc medal əldə edib. 

Avropa Kubokuna 15 ölkədən 169 cüdoçu qatılıb.