"Neftçi" Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Heç bir hədəfi olmayan komandanı oyunlara kökləmək çətin deyil?
- Əlbəttə çox çətindir. Həm də itkilərimiz ola-ola. Amma çətinliklər çox rastımıza çıxıb. İstəmirəm ki, kimdəsə bizimlə oyuna çıxanda rahatlıq olsun. "Neftçi"nin adı hər şeydən üstündür.
- Növbəti mövsümlə bağlı azarkeşlərə hansı vədlər verə bilərsiniz?
- Planlar cızırıq. "Neftçi" azarkeşlərinə söz deməyə ehtiyac yoxdur. Onlara o qədər vədlər verilib ki... Oyunumuzla hər şeyi göstərməliyik.
- Əgər mövsümün əvvəlində "Neftçi"nin baş məşqçisi təyin olunsaydız, sizcə, vəziyyət fərqli ola bilərdi?
- Bəlkə bundan da pis olardı. Keçmiş keçmişdə qaldı. Yaxşı gələcəyə doğru getməyə çalışacağıq.
- Bu gün meydana 3 hücumçu buraxmışdız. Onların oyunu haqqında nə deyə bilərsiniz?