EN

"Özünə iş tapmayanlar efiri işğal edib"

"Səsi, sənəti olan adamın həmişə böyük abır-həyası olur. İndi səsi olmayanlar dəbdədir. Onlar yalnız efirdə çayxana söhbətləri edirlər. İstər kişisi, istərsə də qadını. Biri-birlərini tərifləyirlər, şabaş verirlər. Bizim vaxtımızda bele şeylər ayıb idi".

 

Bu sözləri Xalq artisti Zaur Rzayev "Günə bax" verilişində deyib. Sənətçi səsi olmayanların efiri işğal etdiyini bildirib:

 

"O vaxt rayondan toy danışmağa gəlirdilər. Deyirdik ki, nə danışmaq, əsas o günə boş olaq. Pul danışmırdıq, deyirdik ki, nə istəsən verərsən. Amma indi heç yerdə özünə iş, sənət tapmayanlar gəlib efiri işğal edib. Oğlanlar var ki, boyu 2 metrdir.  Dərnəgüldə körpünün altında dayanır, günü 30 manata iş axtarır. Amma bizdə qızlar var ki, saçına, gözünə əl gəzdirir, onu oraya, bunu da buraya qoyur, özünü düzəldir və deyir ki, toya 7 minə gedirəm. Mənim ağıllı xalqım, onlara verilən pulu kəsin, kasıbla, yetimlə paylaşın".(Axşam.az)

Tarix: 10 May 2025, 22:01   
Chosen
0
9
pravda.az

10Sources