EN

Premyer Liqa: “Turan Tovuz” “Neftçi”yə evdə uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Tovuzda baş tutub.

Burada “Turan Tovuz” “Neftçi” ilə üz-üzə gəlib. Tovuz şəhər stadionunda keçirilmiş bu görüşün baş hakimi Rəşad Əhmədov olub.

Bu, sözügedən klubların milli çempionatdakı 12-ci görüşü idi. Əvvəlki 11 oyunda “Turan Tovuz” 1, “Neftçi” 5 qələbə qazanmışdı, 5 görüş bərabərliklə yekunlaşmışdı. “Neftçi” son 7 oyunda məğlub olmamışdı. Son 3 matç heç-heçə başa çatmışdı.

Üç qolun qeydə alındığı bu oyunda isə “Neftçi” qələbə qazanıb.

Premyer Liqanın 34-cü turunun qalan görüşləri mayın 11-də keçiriləcək.

Premyer Liqa
34-cü tur
10 may

“Turan Tovuz” – “Neftçi” 1:2
Qollar: Rəhim Sadıxov, 16 – Emin Mahmudov, 9. Dembo Darboe, 32.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu, 19:30.

Turan Tovuz: 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 5. Roderik Miller, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdıyev.

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 24. Mustafa Sek, 9. Bassala Sambu, 22. Dembo Darboe, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 67. Fariz Xeyrullayev, 78. Elcan Əbilov, 86. Aslan Şirinov, 47. Murad Məmmədov, 88. Andrey Ştoqrin, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.

Chosen
0
2
arena.az

10Sources