Bu gün Misli Premyer Liqasının XXXIV turu çərçivəsində Tovuzda maraqlı qarşılaşma baş tutub.
Offsideplus.az xəbər verir ki, yerli "Turan Tovuz" "Neftçi"ni qəbul edib. Oyun qonaqların qələbəsiylə başa çatıb.
Maraqlıdır ki, "Neftçi" və "Turan Tovuz"un bumövsümkü bütün "duel"ləri heç-heçə nəticələnib (0:0; 1:1; 1:1).
10 may
"Turan Tovuz” – “Neftçi” 1:2 (ikinci hissə)
Qol: Emin Mahmudov, 10. (0:1); Rəhim Sadıxov, 16. (1:1); Dembo Darbo, 32. (1:2)
Tovuz şəhər stadionu. Saat 19:30
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva