EN

Qobustanda“Əbədiyaşar Lider” mövzusunda konfrans keçirilib

10 May 2025-ci il tarixdə Qobustan rayon İcra Hakimiyyətinin və YAP Qobustan rayon təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda konfrans keçirilmişdir.

Konfransda əvvəlcə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, sonra YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov və rayon ziyalıları çıxış etmişlər.

Konfrans Yeni Azərbaycan Partiyasının himninin sədaları altında başa çatmışdır.

1Sources