Şəkidə baş verən qəza zamanı xəsarət alanların sayı və kimliyi məlum olub.
Yenisabah.az xəbər verir ki, qəza zamanı 6 nəfər xəsarət alıb.
Balakən rayon sakinləri olan "Mercedes" sürücü, 1986-cı il təvəllüdlü, Gündüzzadə Asif, 1992-ci il təvəllüdlü Əliyev Turqut, 2019-cu il təvəllüdlü Qədirzadə Kənan, 1961-ci il təvəllüdlü Eteri Ocaqverdiyeva, həmçinin Şəki rayon sakinləri "Ford"sürücü 1987-ci il təvəllüdlü Elşən Məmmədov və 2013-cü il təvəllüdlü Məmmədli Əli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qəza Salman Mümtaz küçəsində baş verib. "Ford" markalı yük və "Mercedes Vito" markalı avtomobillər toqquşub.
Telegram kanalımız