EN

Alman turistləri daşıyan çay kruiz gəmisi Fransada barjaya çırpılıb

Bakı. Trend:

Fransanın Rona çayında göyərtəsində 127 alman sərnişin olan"Bijou du Rhône" adlı kruiz gəmisi barjaya çırpılıb.

Trend-inməlumatına görə, bu barədə “Dauphine Liberé” qəzeti məlumatyayıb.

Nəşr yazır ki, zərbə güclü olub və həm gəminin gövdəsinə, həm dəbarjaya ciddi ziyan dəyib. Bildirilib ki, toqquşma gəminin suxəttinin üstündə baş verdiyindən batmaq təhlükəsi yoxdur.

Hadisə Fransanın Sablon kommunası yaxınlığında qeydə alınıb.Sərnişinlərin və ekipaj üzvlərinin avtobuslarla təxliyəsi vətəyinat yerlərinə çatdırılması planlaşdırılır. Təxliyyənin bazargünü həyata keçirilməsi gözlənilir.

Chosen
0
1
az.trend.az

2Sources