EN

Şəkidəki qəzada xəsarət alan 6 nəfərin KİMLİYİ bilindi

Şəkidə mikrovatobusla yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Bizim.Media xəsarət alan 6 nəfərin siyahısını təqdim edir:

Balakən sakinləri

1. Gündüzzadə Asif - 1986-cı il təvəllüdlü (“Mercedes”in sürücüsü )

2. ⁠Əliyev Turqut - 1992-ci il təvəllüdlü

3. ⁠Qədirzadə Kənan -2019-cu il təvəllüdlü

4. ⁠Eteri Ocaqverdiyeva - 1961-ci il təvəllüdlü

Şəki sakinlər

5. Elşən Məmmədov - 1987-ci il təvəllüdlü (“Ford”un sürücüsü)

6. Məmmədli Əli - 2013-cü il təvəllüdlü.

Qeyd edək ki, qəza Şəki şəhərinin kənarından keçən dairəvi yolda, Salman Mümtaz küçəsində “Mercedes Vito” markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun keçid hissəsində qarşısına“Ford” markalı yük avtomobilinin çıxması nəticəsində baş verib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
0
bizim.media

1Sources