EN

Ukraynaya genişmiqyaslı hava hücumu gözlənilir - ABŞ səfirliyi xəbərdarlıq etdi…


ABŞ-ın Kiyevdəki səfirliyi Amerika vətəndaşlarına Ukraynada genişmiqyaslı hava hücumu risqi ilə bağlı kəşfiyyat məlumatı aldıqları barədə xəbərdarlıq edib.

“Həmişə olduğu kimi, ABŞ vətəndaşlarına hava hücumu sireni zamanı dərhal sığınacaq axtarmağa hazır olmaq tövsiyə olunur”, – səfirliyin bəyanatında deyilir.

ABŞ administrasiyası təhlükəsizlik vəziyyətinin ciddiliyinə görə, Ukraynaya səyahəti qəti şəkildə qadağan edib, ölkəni “Dördüncü Səviyyə: Səyahət etməyin” ən yüksək risq kateqoriyasında saxlayır.

Bu xəbərdarlıq Rusiyanın 8-10 may tarixləri arasında birtərəfli qaydada elan etdiyi atəşkəsə baxmayaraq gəlib. Kiyev bu qısamüddətli atəşkəsi rədd edib və 30 günlük hərtərəfli atəşkəsdə israr edir.

TAHİR

Chosen
0
baki-xeber.com

1Sources