EN

Vüsal İsgəndərlinin komandası darmadağınla pley-offa yüksəldi

BAKI, 10 may. TELEQRAF

Futbol üzrə Türkiyə I Liqasında sonuncu - XXXVIII turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin heyətində yer aldığı “Boluspor” səfərdə "Adanaspor"u 7:0 hesabı ilə darmadağın edib. İsgəndərli oyuna start heyətdə başlayıb və sona qədər meydanda olub. O, 19-cu dəqiqədə baş hakim tərəfindən sarı vərəqə ilə cəzalanıb. 36-cı dəqiqədə matçda 5-ci qolu vuran Floran Hasaniyə son ötürməni İsgəndərli verib.

Azərbaycan yığmasının üzvü Coşqun Diniyevin çıxış etdiyi “Çorum” klubu isə səfərdə "İstanbulspor”a məğlub olub - 0:3. Əsas heyətdə oyuna başlayan Diniyev 46-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Türkiyə I Liqasının yekunlarına əsasən, “Boluspor” mövsümü 61 xalla 7-ci, “Çorum” isə 54 xalla 10-cu pillədə bitirib. Vüsal İsgəndərlinin komandası Super Liqaya vəsiqə uğrunda pley-off mərhələsinə vəsiqə qazanıb.

Chosen
0
teleqraf.com

1Sources