Aparıcı Tarix Əliyev “Space”in əməkdaşlarını tənqid edib.
"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, Tolik “Tarixin bir günü” verilişində narazılığını dilə gətirib:
“Mən bu kanalın rəsmi işçisiyəm. Proqramım səhər-səhər bu kanalda bir lokomotivdir. Kimsə məndən artıq aparıcı ola bilməz. Mövqeyim budur. Rəhbərliyin verdiyi bütün əmrləri icra edirəm. Heç kimin xüsusi malı deyil ki, işıqları yığışdırıb aparsın. Avadanlığım hanı, bu nədir?! Bu, nə mənimsəmədir?
Verilişə sizdən çox can yandıracağam. Bu, irad yox, işçi mövqeyidir. Hamıya necə hörmət qoyulursa, mənə də elə. Mənimlə prinsip aparırsınız?! Hər dəfə mənim verilişimə qarşı belə etmək olmaz. Bəziləri monapoliya yaratmaq istəyir. Alınmır, onlara tabe olmayacağam.
Bura gələndə Tolik idim. Bura gəlib Tolik olmamışam. Burada hamı ağa, rəhbərdir. Mənə bata bilməyəcəksiniz. Kim nə istəyir qoyur, götürür, qərar verir. Yeganə kanaldır ki, burada belədir”.
"Cebheinfo.az"