EN

Şabranda ağır qəza: iki qardaş öldü


Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Axar.az xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan VAZ-21015 markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
0
26
news24.az

10Sources