EN

ABŞ-də yaşamaq istəyən azərbaycanlıların diqqətinə — 4 mümkün yol

ABŞ-da uğur qazanan azərbaycanlıların əksəriyyəti bu ölkəyə məhz alternativ yollarla köç ediblər.

Bəs alternativ yollar hansılardı?

Məsələ ilə bağlı milli.az-a Amerikada yaşayan hüquqşünas Cavid Rəhimli açıqlama verib: O bildirib ki, əsas faktor şəxsi inkişaf, peşəkar bacarıqlar və məqsədyönlü çalışmaqdır. "ABŞ-da yaşamaq üçün dörd əsas yol mövcuddur və bunlar üçün şansa deyil, ciddi hazırlığa və iradəyə ehtiyac var: Təhsil: ABŞ-da xüsusilə doktorantura səviyyəsində təhsil alan tələbələr üçün çoxsaylı təqaüd imkanları mövcuddur. Bu proqramların əksəriyyəti tam maliyyələşdirilir. İnvestisiya: İlkin olaraq 70 min dollarlıq sərmayə yatırmaqla ABŞ-da yaşamaq mümkündür. Bu imkan ailə üzvlərini də əhatə edir. O-1 vizası: Elm, idman, incəsənət və ya biznes sahəsində xüsusi istedad və nailiyyətləri olan şəxslər bu viza vasitəsilə ABŞ-a gedə bilərlər. İş imkanları: ABŞ-da iş tapmaq çətin olsa da, ölkədə təhsil almış və ya möhkəm beynəlxalq əlaqələri olan şəxslər üçün bu yol da açıqdır".

Chosen
0
3
demokrat.az

5Sources