Bakı. Trend:
İspaniyada Barselona şəhəri yaxınlığında yerləşən kimyazavodunda 70 tona yaxın xlorun saxlanıldığı anbarda partlayış başverib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Qəza nəticəsində azı bir nəfərin öldüyü, səkkiz nəfərinyaralandığı deyilir. Kimyəvi maddələrin ətrafa yayılma təhlükəsiolduğundan İspaniyanın beş rayonunda fövqəladə vəziyyət elanedilib. Hazırda mütəxəssislər kimya anbarında baş verən partlayışvə yanğının ətraf mühitə potensial təsirlərini qiymətləndirir.
Yerli sakinlərin dediyinə görə, partlayış episentrdən yarımkilometrə qədər uzaqlıqdan belə hiss olunub. Qeyd olunan diapazondaətrafa çoxsaylı dağıntılar səpələnib. İnsidentin dəqiq səbəbləriaraşdırılır.