Azərbaycanın Pakistan-Hindistan məsələsində mövqeyi beynəlxalq hüquqa əsaslanır.
Nazir bildirib ki, son gərginliyin başlama səbəbi Pakistan ərazisinə zərbələr endirilməsi olub:
“Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bir dövlətin digər dövlətin ərazisinə zərbələr endirməsinin qəbuledilməzliyini söylədik. Bizim çağırışlarımız hər iki tərəfə bu gərginliyə ən qısa zamanda son qoymaq, bu problemin siyasi diplomatik müstəvidə həll edilməsidir”.
Nazir Hindistan tərəfindən Azərbaycana qarşı boykot çağırışlarına münasibət bildirib:
“Kimsə bizim mövqeyimizdən narazıdırsa, buna daha diqqətlə baxsın. Biz burada çox məntiqli yanaşma sərgiləyirik”.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Hindistan ilə Pakistan arasında gərginliyin artması ilə bağlı yaydığı bəyanat Hindistanda etirazla qarşılanıb və Azərbaycana qarşı boykot çağırışlarına səbəb olub.