"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendinin "Arsenal"a keçməyə yaxın olması "Liverpul"u alternativ axtarışına vadar edib.
90deqiqe.Az-ın “ Anfield Watch"a istinadən yaydığı məlumata görə,mersisaydlılar bu səbəbdən "Atletik Bilbao"nun yarımmüdafiəçisi Mikel Jaurehisarın transferini prioritet hədəfə çevirib.
Bildirilir ki, "Liverpul"un skautları bu mövsüm 21 yaşlı futbolçunun çıxışından olduqca razı qalıb və onu komandanın oyun üslubuna uyğun ideal namizəd kimi dəyərləndirirlər. Həmçinin qeyd olunur ki, gənc ispaniyalı futbolçu karyerasında növbəti addımı atmağa hazırdır.
Bu mövsüm futbolçu bütün turnirlərdə 44 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.