Kəşmirin Pakistanın nəzarətində olan hissəsinə Hindistanın endirdiyi zərbələr nəticəsində azı 13 nəfər ölüb.“Reuters” bu barədə Pakistanın Fövqəladə Halların Qarşısının Alınması və aradan qaldırılması Departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində, həmçinin 50-dən çox insan xəsarət alıb.
“Mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan ordusunun sözçüsü hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Qonşu dövlətin təcavüzünə cavab olaraq İslam Respublikası hökuməti Banyan ul-Marsus (Qurşunla örtülmüş divar) adlı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib”, - nəşr yazır.