EN

Azərbaycan cüdoçuları Avropa kubokuna 3 medalla başladı

Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa kuboku start götürüb.

Operativ Media xəbər verir ki, yarışda Azərbaycan idmançıları da çıxış edir.

İlk gündə 12 üzvünün tatamiyə çıxdığı komandamız qızıl, gümüş və bürünc medalların tam dəstini qazanıb. 

Təmsilçilərimizdən Nazir Talıbov (66 kq) çempion olub, Babarəhim Mirzəyev (60 kq) gümüş, Nəriman Mirzəyev (73 kq) isə bürünc medallar qazanıblar.

1Sources