EN

Çin və ABŞ arasında ticarət danışıqları başladı

Çin və ABŞ arasında yüksək səviyyəli ticarət-iqtisadi danışıqlar Cenevrədə başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Çin nümayəndə heyətinə vitse-premyer He Lifen, ABŞ tərəfinə isə maliyyə naziri Skott Bessent rəhbərlik edir.

Qeyd edək ki, ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi rüsumlar 145%-ə, Çinin cavab tarifləri isə 125%-ə çatıb. Prezident Tramp aprelin 2-də 185 ölkəyə qarşı 10%-lik tarif tətbiq edib, lakin bəzilərinə qarşı əlavə rüsumları 90 günə dayandırıb.

Chosen
0
1
sitat.info

2Sources