EN

Şabranda AĞIR QƏZA: İki qardaş faciəli şəkildə HƏLAK OLDU

Şabran rayonunda iki nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsinə ilkin səbəb sürücünün idarəetməni itirməsi olub.

Bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.

“Hadisə bu gün saat 08:00-da, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən 135-ci km-də qeydə alınıb.

Sürücü Əmralı Qədmalı oğlu Fərzəliyev idarə etdiyi VAZ-21154 markalı 99-TH-175 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itib və yoldan çıxan avtomobil ağaca çırpılıb. Nəticədə sürücü özü və sərnişini olan qardaşı Elməddin Qədmalı oğlu Fərzəliyev Hadisə yerindəcə həlak olublar. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb.

Oxu.Az xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, VAZ-21015 markalı minik avtomobilinin hərəkətdə olan zaman yol kənarındakı ağaca çırpılması nəticəsində, Şabran rayonu, Gəndob kənd sakinləri Elməddin Fərzəliyev və onun qardaşı Əmrəli Fərzəliyev həyatlarını itiriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
0
3
editor.az

10Sources