EN

Kənd sakinindən prezidentə xahiş: Daim hakimiyyətdə olun

BAKI, 10 may. TELEQRAF

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.

Teleqraf xəbər verir ki, bu əsnada Prezident İlham Əliyevlə kənd sakini arasında maraqlı dialoq yaşanıb.

Həmin söhbəti təqdim edirik:

"Sakin: Möhtərəm Prezident, bir arzum var və Sizə çatdırmaq istəyirəm.

Prezident İlham Əliyev: Buyurun.

Sakin: Əlbəttə ki, çətin dövrdə yaşamışıq və bugünkü gözəl həyatı da görürük. Müqayisə aparanda düşünürəm ki, buradakılar hər kəsin arzusudur, arzu edirəm ki, ömrünüz uzun olsun, canınız sağ olsun və nə qədər ömrünüz var, hakimiyyətdə olun. Çünki biz inanmırıq ki, Ulu Öndərdən sonra Azərbaycanı Sizdən başqa kimsə bu vəziyyətdə idarə etsin. Sağ olun, var olun, daim hakimiyyətdə olun.

Sakinlər: Amin!

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun".

Chosen
0
1
teleqraf.com

2Sources