EN

"Uğur İndustry” Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirib - FOTO

“Uğur İndustry” MMC-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Operativ Media xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şirkətin kollektivi Heydər Əliyevin adını daşıyan abidə önünə çələng qoyaraq onun əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbirdə çıxış edən İdarə Heyətinin sədri Asif İbrahimov bildirib ki, müstəsna xidmətləri ilə tarixdə əbədiyaşarlıq qazanan ümumimilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin siyasi və iqtisadi inkişafı naminə əvəzsiz töhfələr verib. O vurğulayıb ki, bu gün Ulu Öndərin əsasını qoyduğu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, Azərbaycan günü-gündən güclənir.

"Biz xoşbəxtik ki, tariximizin ən parlaq qələbələrinin canlı şahidinə çevrilmişik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin ən böyük vəsiyyətini yerinə yetirdi,” – deyə A.İbrahimov qeyd edib.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

1Sources