Erməni mediasının yaydığı məlumatda qeyd olunur ki, ""Məndə olan məlumata görə Hindistan Azərbaycandan malların ixracına qadağa qoyub. Bu, çox səhv bir qərardır." - APA məlumat verir ki, bunu Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin mətbuat konfransı zamanı səsləndirib".
Bu xəbər, eyni zamanda, bəzi Azərbaycan dilli sosial media səhifələrində tirajlanıb.
Faktyoxla Lab. bu məlumatın doğru olub-olmadığını dəqiqləşdirib.
Əvvəlcə, Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddinin açıqlamasına diqqət yetirək. Səfir keçirdiyi mətbuat konfransında əslində belə deyib: "Mən Hindistanın Azərbaycandan idxal edilən mallara qadağa qoyduğu ilə bağlı qərarı görməmişəm. Bu, çox yanlış bir addım olardı".
İkincisi, Hindistanın Ticarət və Sənaye Nazirliyinin 2025-ci il 2 may tarixli xəbərdarlığında Pakistandan idxal və ya tranzit olunan Pakistana məxsus mallara qadağa barədə qeyd olunur. Burada Azərbaycanın adı heç bir şəkildə çəkilmir.
Eyni zamanda, sosial mediada Hindistandan Azərbaycan və Türkiyəyə turist kimi səfər edən bu ölkə vətəndaşlarına səfərləri birdəfəlik ləğv etmək və bu ölkələri "boykot" çağırışları yayılır.
Müşahidələrimiz zamanı bəzi aktivlik göstərən sosial media istifadəçiləri arasında erməni əsilli şəxslərin mövcudluğu diqqətimizi cəlb etdi.
Qeyd edək ki, aparılan informasiya əməliyyatında ermənilər "Hamam Times" adlı anti-milli Azərbaycan səhifəsinin paylaşımına da istinad edirlər.
Nəticə:
- Bir çox erməni saytlarının və onlara dəstək verən Azərbaycan dilli səhifələrin Hindistan hökumətinin Azərbaycandan mal idxalına qadağa qoyması haqda yaydığı məlumat həqiqəti əks etdirmir, saxtadır;
- Ermənistan Hindistanla əməkdaşlığını informasiya məkanında da davam etdirərək, saxta narrativlər yaradır.
Milli.Az