EN

İki türk lider və Paşinyandan Moskvada inanılmaz addım: İmtina edildi

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada 9 May – Faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunan böyük paradda 20-yə yaxın ölkənin lideri iştirak edib.

Turkustan.az bildirir ki, Rusiya Prezidenti Vladimir Putin və digər liderlərin yaxasına taxdığı “Georgi lenti” xüsusi diqqət çəkib.

Rusiya imperializminin simvolu hesab olunan bir lentin xüsusilə postsovet ölkələrinin rəhbərlərinin yaxasına taxılması müzakirələrə səbəb olub. Hətta Çin Prezidenti Si Cinpin də eyni addımı atıb.

Lakin Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyanın həm Kremldə Putinlə görüşdə, həm də Qırmızı meydanda hərbi paradı izləyərkən bu bu lenti taxmaması maraqla qarşılanıb. Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov isə Kremldə Rusiya prezidenti ilə görüşdə lenti kostyumuna taxsa da, hərbi parad zamanı üzərində görülməyib. Bütün tədbir boyu lent onun geyimində olmayıb.

Üç liderin bu addımı xüsusi diqqət çəkib. Ermənistan və Qazaxıstanın son zamanlarda Rusiya ilə münasibətlərində dəyişən dinamika fonunda liderlərin qərarı müsbət dəyərləndirilib.

kz2 maxresdefault 346836207517490
Globalinfo.az

Chosen
0
turkustan.az

1Sources