Moskva Ukrayna ilə 30 günlük atəşkəs şərtlərini qəbul etməsə, Avropa bir neçə gün ərzində Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron LCI telekanalına müsahibəsində bildirib.
Makronun sözlərinə görə, yeni sanksiyalar paketi Rusiya iqtisadiyyatına təzyiqi artırmaq məqsədi daşıyacaq. O, həmçinin Kiyev və Moskva arasında mümkün dialoqa yardım etməyə hazır olduğunu bildirib.