EN

Azospermiya diaqnozu sonsuzluğa səbəb ola bilərmi?

Azospermiya diaqnozu sonsuzluğa

Azospermiya – sperma nümunəsində heç bir sperma hüceyrəsinin olmaması – kişi sonsuzluğunun ən ciddi səbəblərindən biri hesab olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, uroloq Abdullah Açıkgöz bildirir ki, bu problemin aradan qaldırılması müasir dövrdə mikrocərrahi üsullarla daha effektiv şəkildə mümkündür.

Dr. Açıkgözün sözlərinə görə, azospermiya diaqnozu kişi sonsuzluğuna səbəb olan halların 10-15 faizində müşahidə olunur. Bu vəziyyət müxtəlif səbəblərlə əlaqəli ola bilər: genetik pozuntular, hormonal disbalanslar, əvvəlki infeksiyalar, eləcə də anadangəlmə anomaliyalar bu problemə yol aça bilər.

Azospermiya iki əsas növə ayrılır: obstruktiv və qeyri-obstruktiv. Obstruktiv formada xayalarda sperma istehsalı mövcuddur, lakin spermanı daşıyan kanallardakı tıxanma səbəbindən spermaya çıxış mümkün olmur. Qeyri-obstruktiv azospermiyada isə xaya toxumasında ümumiyyətlə sperma istehsal olunmur və ya çox zəif olur. Bu forma müalicə baxımından daha mürəkkəb hesab olunur.

Bu çətinliklərə baxmayaraq, mikrotese (mikrocərrahi testikulyar sperm ekstraksiyası) adlı üsul ümidverici nəticələr verir. Bu metod cərrahi mikroskopla xaya toxumasının incə şəkildə araşdırılmasına və sperma hüceyrələrinin tapıla biləcəyi bölgələrdən toxuma götürülməsinə əsaslanır. Əməliyyat yerli və ya onurğa anesteziyası altında, təxminən 2-3 saat ərzində aparılır və əksər xəstələr həmin gün evə buraxılır. Mikrotese klassik biopsiyadan fərqli olaraq xaya toxumasına daha az zərər verir.

Mikrotese üsulunun uğur faizi azospermiyanın növündən asılı olaraq dəyişir. Obstruktiv azospermiyada bu göstərici 80-90 faiz arasında, qeyri-obstruktiv hallarda isə 40-60 faiz səviyyəsində olur. Əgər sperma tapılarsa, in vitro mayalanma prosesinə başlanılır və sperma sonrakı istifadələr üçün dondurula bilər. Əgər sperma aşkar olunmazsa, gələcəkdə tətbiq oluna biləcək kök hüceyrə əsaslı müalicə variantları dəyərləndirilə bilər.

Dr. Açıkgöz vurğulayır ki, doğru diaqnoz və uyğun müalicə planı ilə bir çox azospermiya halı uğurla idarə oluna bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
0
e-saglam.az

1Sources