EN

Samir Nuriyev: Azərbaycanın XX əsr tarixinin böyük hissəsi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır

Bakı, 10 may, AZƏRTAC

Azərbaycanın XX əsr tarixinin böyük hissəsi Heydər Əliyev şəxsiyyəti, onun genişmiqyaslı quruculuq fəaliyyəti ilə sıx bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində qeyd edilib.

Administrasiya rəhbəri əlavə edib ki, Ulu Öndərin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq öz müstəqilliyinə qovuşduğu tarixi mərhələ, onun həyat yolu isə öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin təcəssümü, ümummilli məqsədlər uğrunda fədakarlığın və mübarizliyin rəmzi olmuşdur.

“Buna görə də Azərbaycan xalqının xoşbəxt gələcəyi, dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir”, - deyə Samir Nuriyev bildirib.

Chosen
0
4
azertag.az

10Sources