EN

Nə üçün deyəcəyimiz sözləri qəfildən unuduruq? –Yaddaşımız necə çalışır? /Araşdırma

Nə üçün yaddaş bəzən bizi pis vəziyyətdə qoyur?  Ən sadə sözləri unuduruq. Başqa otağa keçirik və bura nə üçün gəldiyimizi unuduruq.

Azpost.info bildirir ki, Livescience.com portalı bu cür qəribəlikləri izah edən material dərc edib.

Yaddaşın necə işlədiyini başa düşmək vacibdir. İlk növbədə bilmək lazımdır ki, yaddaş monolit deyil. O, həm bir-biri ilə, həm də müxtəlif idrak prosesləri ilə əlaqəli bir çox komponentdən ibarətdir.

İki növ yaddaşı fərqləndirmək lazımdır – uzunmüddətli və işçi yaddaş. Birincisi bilik, təcrübə, bacarıq və digər xatirələri uzun müddət saxlamaq üçün nəzərdə tutulub. İşçi yaddaş ani məlumatı saxlayarkən, onun saxlanması saniyələrlə və ya dəqiqələrlə ölçülür. İstənilən fikir, eləcə də hisslərdən gələn informasiya işçi yaddaşdan keçir. Onun xüsusiyyətləri bəzən bir neçə saniyə əvvəl düşündüyümüz şeyləri niyə unutduğumuzu izah edir.

Problem ondadır ki, işləyən yaddaş çox məhdud imkanlara malikdir: o, dörd-yeddi sayda məlumatı saxlaya bilir. (hərflər, rəqəmlər, sözlər və ya ifadələr). Eyni zamanda, beyin onların hamısını eyni anda əhatə eləmir, birindən digərinə sıçrayır, buna görə də bu vahidlərdən bəziləri itə bilər.

Beyin yeni məlumatlara yer açmaq üçün lazımsız “faylları” operativ yaddaşdan tez silməlidir. Fraqmentlər ya uzunmüddətli yaddaşa keçir, ya da şüurlu düşüncə sahəsini tərk edir.

Çox vaxt qısa müddətli xatirələr yuxuda, alkoqol və ya narkotiklərin təsiri altında itir. Yaş da önəmlidir. İşçi yaddaşın funksionallığı 20 yaşında ən yüksək həddə çatır və artıq 30 yaşından etibarən (bəziləri üçün daha da erkən) azalmağa başlayır.

AzPost.az

Chosen
0
azpost.info

1Sources