EN

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi liderin abidəsi önünə tər güllər düzərək, Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ülvi Quliyev öz sosial media hesabında paylaşım edib.  Ziyarət zamanı iştirakçılar Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və ölkənin inkişafında əvəzsiz xidmətlərini bir daha xatırlayıblar. Tədbir dövlətçilik ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

 

Bəsti Rəfizadə
Sfera.az

Chosen
0
sfera.az

1Sources