EN

Yeni kansler: Türkiyənin strateji əhəmiyyəti gözardı edilə bilməz

Almaniyanın yeni kansleri Fridrix Merz NATO müttəfiqi Türkiyə barədə açıqlama verib.

Publika.az xəbər verir ki, Merz NATO-nun Brüsseldəki qərargahında baş katib Mark Rutte ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Almaniya kanslerinə Avropanın müdafiə sənayesini gücləndirmək səyləri xatırladılıb.

O, "Sizcə bu prosesdə Türkiyənin strateji töhfələrinə ehtiyac varmı?" sualına cavabında Türkiyənin strateji əhəmiyyətinin gözardı edilə bilməyəcəyini vurğulayıb.

Merz Türkiyəyə “Eurofighter” döyüş təyyarələrinin satışı ilə bağlı hökumətin qərar verəcəyini söyləyib.

Chosen
0
publika.az

1Sources