EN

“Akıncı”dan atılan TEBER-83 tuşlama dəsti hədəfi dəqiqliklə vurub

“Akıncı” pilotsuz uçuş aparatı (PUA) “Roketsan” şirkətinin TEBER-83 tuşlama dəstləri ilə atış sınağı yerinə yetirib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı “Akıncı”dan atılan TEBER-83 tuşlama dəsti sabit yer hədəfini dəqiqliklə vurub.

TEBER tuşlama dəsti “Roketsan” tərəfindən ümumi təyinatlı aviasiya bombalarının vurma dəqiqliyini artırmaq məqsədi ilə hazırlanıb. TEBER, sadə ümumi təyinatlı aviasiya bombasının inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları (LTB) tətbiq etməklə, idarə olunan “ağıllı” sursat halına gətirilməsidir. Bombanın uc hissəsinə quraşdırıla bilən yarıaktiv LTB və silah sisteminə hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən TEBER, LTB hissəsinə yaxınlıq sensoru əlavə etmək seçiminə də malikdir.

Chosen
0
poliqon.az

1Sources