Bakı. Trend:
Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısıbaşlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılıolacaq.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv vəgüclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qarakeçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıdafasilə olacaq.
Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağıaxınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətlidaşqın və sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərləmüqayisədə tədricən 4-6° aşağı enəcək.