FİFA "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonu klublararası dünya çempionatında görmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilir ki, bu istiqamətdə qurum tərəfindən müəyyən addımlar atıla bilər.
Qeyd edək ki, "Əl-Nəsr" turnirdə iştirak etməyəcək. Səudiyyə Ərəbistanını bu yarışda "Əl-Hilal" təmsil edəcək.